“Elə artistlər var ki, toya 10-14 min manata gedir” - Deputat

Baxış sayı:
220

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev toylardakı sadələşdirilmiş vergi məsələsinə toxunub.

Deputat bildirib ki, video çəkilişlər edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir.

“Hamımız bilirik ki, elə artistlər var ki, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu nə dərəcədə ədalətli vergidir? Hesab edirəm ki, biz qeyd etdiyim məsələlərə bir də baxmalıyıq”.//Azvision.az