Dünyada koronavirusdan ölənlərin sayı 51 min nəfəri keçdi - 1 MİLYONDAN ARTIQ YOLUXMA

Baxış sayı:
2860

Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 1 milyonu (1 001 079) keçib. 
 
Muxalifet.az
xəbər verir ki, bu barədə müxtəlif ölkələrin statistikasına istinad olunub.
Bildirilir ki, dünyada 51 385 insan koronavirusun qurbanı olub.
Xəstəlikdən ölüm halları ən çox İtaliyada (13 915) qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölüm hallarının ən böyük sayı İspaniyada (10 096), ABŞ-da (5 624), Fransada (4 503), Çində (3 318), İranda (3 160), Böyük Britaniya (2 921), Niderlandda (1 339), Belçikada (1 011), Almaniyada (1 090) qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.
Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanın azı 165 ölkəsində yayılıb. Virusun aşkarlandığı son dövlət Malavidir.