Dərslərin təxirə salınması yenidən uzadıla bilər - RƏSMİ

Baxış sayı:
621

"Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb:

“Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”./oxu.az