DMİ imtahanın nəticələrini elan etdi

Baxış sayı:
499

29-30 iyulda keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili və Hərbi Liseylərə qəbul imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

– 9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları;
http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;
https://eservices.dim.gov.az/2020/netTEX/?frm=egov

– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları;
http://eservices.dim.gov.az/2020/netazd/?frm=egov

– Hərbi Liseylərə qəbul imtahanı .
https://eservices.dim.gov.az/2020/netht_hl/?frm=egov

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanlarında iştirakı nəzərdə tutulan 1020 nəfərdən 130 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1491 nəfərdən 543 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 4664 nəfərdən 459 nəfər, Hərbi Liseylərə qəbul imtahanında iştirakı nəzərdə tutulan 377 nəfərdən 35 nəfər imtahana gəlməyib. Xatırladaq ki, buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

Qeyd: 29 və ya 30 iyulda keçirilən əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.