DƏHƏT: Bir ailə yol qəzasında yox oldu - FOTO

Baxış sayı:
1042

Türkiyənin Karabük vilayətində baş verən ağır qəzada bir ailənin 4 üzvü həlak olub.
Muxalifet.az
Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Karabükün Kızılcaörən kəndi yaxınlığında - magistral yolda baş verib. Burdurdan Karabükə qızının evinə qonaq gedən 70 yaşlı Muzayin Tezcanın sürdüyü avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, həyat yoldaşı Fetiye Tezcan, qızı və nəvəsi aldıqları xəsarətdən vəfat ediblər.
Sürücünün daha bir nəvəsi isə xəstəxanaya yerləşdirilib.

Bir ailə yol qəzası nəticəsində yox oldu - 4 NƏFƏR ÖLDÜ - FOTO