Deputatlığa namizədlər ADP qərargahında toplaşacaq – BAZAR GÜNÜ KEÇİRİLƏCƏK TƏDBİRƏ BÜTÜN NAMİZƏDLƏR DƏVƏTLİDİR / Video

Baxış sayı:
826

Xəbər verildiyi kimi, fevralın 27-də, saat 12:00-da “Caspian Plaza”da deputatlığa namizədlərin toplantısı baş tutub.

Muxalifet.az xəbər verir ki, toplantıda 9 fevralda keçirilən növbədənkənar parlament seçkiləri zamanı kütləvi saxtakarlıq hallarına yol verilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Qərara alınıb ki, belə toplantıların davamlı olması, daha geniş spekterin cəlb edilməsi üçün Bəxtiyar Hacıyev, Nazim Bəydəmirli, Nicat Gözəlov, Fərhad Mehdiyev, Abid Qafarov və Fikrət Cəfərlidən ibarət təşəbbüs qrupu yaradılsın.
Martın 3-də isə onlarla deputatlığa namizədin iştirakı ilə növbət toplantı keçirilib. Azərbaycan Demokrat Partiyasnın (ADP) sədri Sərdar Cəlaloğlu, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev  və bir çox tanınmış şəxslərin iştirakı ilə keçirilən iclasda haklimiyyətin seçki saxtakarlığına etiraz olunub. Qərara alınıb ki, martın 5-də Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının seçkilərlə bağlı rəyini təsdiqləyərsə, yəni Milli Məclis yenidən seçkilərin total saxtalaşdırılması nəticəsində deputat “seçilən” şəxslərdən ibarət formalaşarsa, bu prosesə qarşı ciddi müqavimət ortaya qoyulsun. Bu məqsədlə də 9 fevral seçkilərinin nəticəsinə etiraz edən deputatlığa namizədlər Konstisusiya Məhkəməsinin toplantısından sonra yenidən biraraya gəlməyi qərara alıblar.
Qeyd edək ki, növbəti tədbir bazar günü - martın 8-də, saat 12:00-da Azərbaycan Demokrat Partiyasının qərargahında keçiriləcək. Seçkinin nəticəsi ilə barışmayan bütün deputatlığa namizədlər toplantıya dəvətlidir.
Muxalifet.az