Deniel Kiş: Uçmaq üçün qanada, görmək üçün gözə ehtiyac qalmayacaq

Baxış sayı:
975

Bəzən uçmaq üçün qanada, görmək üçün gözə gərək qalmır.

Deniel Kiş adlı qəhrəmanın həyat hekayəsilə tanış olandan sonra buna bir daha əmin olacaqsınız.

Publika.az xəbər verir ki, Deniel körpə ikən gözündə retinal xərçəng aşkarlanır. Hər iki gözünü amputasiya edirlər. Deninin cəsur anası bu durumda övadının gözlərinə yas tutmaq yerinə oğlunun məhdudiyyətindən yeni göz yaradır. Yəni onu görmə qabiliyyəti heç itməmiş kimi böyüdür. Bu güvən sayəsində Deniel ətrafını çox gözəl duyaraq görməyə başlayır. Uşaqlığından yarasa kimi ekolokasiya bacarığı formalaşır. .

Dilini çıxarıb, başını göyə qaldırır, əl çalmağa başlayır. Səs dalğası ətrafına yayılaraq, ona geri dönürdü. Bu üsulla Deni əhatəsindəki əşyaların ölçü və formaarını müəyyən edirdi.

Kiş məktəbə də heç kimin köməyi olmadan gedib-gəlir, hətta özünə yeməkhazırlayırdı. Hətta 10 yaşı tamam olandan sonra məktəbə velosipedlə getməyə başlayır. Görmə məhdudullətli uşağın bu riski insanları hiddətləndirir, valideynləri haqda milər dolaşırdı. Hətta bir gün Deniel dirəyə ilişib yıxılaraq dişini qırır. Lakin anası ona ikinci velosipedi alır.

Uzun illər boyu yarasa oğlan özü üzərində işləyir, at çapmağı, dağçılığı öyrənir. Universitetə daxil olub, təhsilini psixoloq alim kimi tamamlayır.
Bütün qadağa və maneələrə baxmayaraq Professor Kiş universitetdə peşəsini tədris etməyə nail olur. Televiziya verilişlərində fəal iştirak edərək, kor uşaqların valideynlərinə tövsiyələr verir.

O, deyir ki, qorxularımızdan yaxa qurtarmalıyıq. Dirəyə dəyib yıxılmaq faciə deyil, əhəmiyyətsiz narahatlıqdır. Dirəyə ilişib yıxılmaq qadağasıdır faciə. Bəli, ekolokasiya xüsusi bacarıqdır. Və bunu inkişaf etdirmək lazımdır. Bu pianoda ifa etməyi öyrənmək kimidir. Hər kəs mənimsəyə bilər, amm lap erkən yaşdan başlayanlar bir addım öndədirlər.

Дэниэл Киш: Как я использую эхолокатор, чтобы ориентироваться в ...

Bu illər ərzində professor Kişin komandasının təşəbbüsü ilə minlərlə insan sözün əsil mənasında görməyə başlayıb. Kimisi həqiqətləri, kimisi həyatı...

Elm sübut edib ki, insan şüuru üçün görmə obrazı yaradan dalğaların mənşəyi önəmli deyil. Yəni bu işıq yaxud səs dalğaları ola bilər. Adətən görmə məhdudiyyətli olan insanların MRT analizlərində optik qabıq qara rəngdə olur. Kişin tələbələrində isə bu qabıq işıq saçır.

Bu gün dünyada 35 milyon görmə məhdudiyyətli insan yaşayır. Deniel kimi mütəxəssislər isə onların hər biri üçün dopdolu Günəşdir. Bəli ən böyük faciə fiziki korluqdur.

İşığınız bol olsun!

Leyla Sarabi