​DATÜB AZƏRBAYCAN XALQINA BAŞSAĞLIĞI VERDİ - “Bu xəbəri böyük üzüntü ilə qarşıladım...”

Baxış sayı:
514

Dünya Ahıska Türkləri Birliyinin (DATUB) sədri Ziyəddin Kassanov Xızı rayonunda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan əsgərlərimizlə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Muxalifet.az
DATÜB-ün mətbuat xidmətinə istinadən məlumat verir ki, Z.Kassanov bildirib:
“Xızı rayonunun “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 yüksək rütbəli hərbçimizin şəhid olduğu, 2 hərbçimizin isə yaralandığı haqda xəbəri böyük üzüntü ilə qarşıladım.
Bu üzücü qəzada həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, azərbaycanlı qardaşlarımıza başsağlığı və səbr, yaralı əsgərlərimizə isə şəfa diləyirəm.
Başımız sağ olsun”.