Cəsədlər vətənlərinə gətirildi - İnsanlar diz çöküb göz yaşı tökdülər / FOTOLAR

Baxış sayı:
718

Tehranda sərnişin təyyarəsinin vurulması nəticəsində həlak olan Ukrayna vətəndaşlarının cəsədləri vətənlərinə gətirilib.

Publika.az xəbər verir ki, cəsədlərin gətirilməsi ilə bağlı rəsmi mərasim təşkil olunub. Mərasimdə prezident Vladimir Zelenski də iştirak edib. Cəsədlər daşınarkən duyğulu anlar yaşanıb. Hava yolları şirkətinin bəzi əməkdaşları diz çökərək göz yaşları töküblər. Hələlik 11 cəsəd gətirilib.

Xatırladaq ki, Ukrayna hava yollarına məxsus təyyarənin İranın hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulması nəticəsində 176 nəfər həyatını itirib. Ölənlərdən 82-si Ukrayna vətəndaşıdır.