“Çoxları yaxınlarını vaxtsız itirəcək...” - Böyük Britaniyanın baş nazirindən ŞOK AÇIQLAMA

Baxış sayı:
1375

Böyük Britaniyanın baş naziri Boris Conson ölkə əhalisini sakitləşdirmək adı ilə onları daha da vahiməyə salacaq sözlər söyləyib. O, koronavirusla bağlı çıxışında “çoxları öz yaxınlarını vaxtsız itirəcəklər” ifadəsini işlədib və yoluxanların sayının rəsmi məlumatlarda göstəriləndən qat-qat çox ola biləcəyini söyləyib. Alimlərin fikrincə, ölkədə 10 min nəfərə qədər insan koronavirus xəstəliyinə yoluxmuş ola bilər.

Boris Conson deyib: “Bu getdikcə daha da yayıla bilər. Sizinlə, Britaniya cəmiyyəti ilə dürüst olmalıyam: bir çox ailələr, çox-çox ailələr öz yaxınlarını vaxtından əvvəl itirəcəklər”. O, SARS-CoV-2 virusunun yayılmasını ictimai səhiyyə sahəsində ən pis böhran adlandırıb.

Hazırda böyük Britaniyada 456 insan Kovid-19 virusuna yoluxub.

Xəstəliyə yoluxma sayına görə ilk səkkizliyə dörd Avropa ölkəsi: İtaliya, Fransa, İspaniya və Almaniya daxildir.

Son məlumatlara görə dünyada bu xəstəliyə 128 min yoluxma halı qeydə alınıb. Xəstəliyə tutulanların 4,7 min nəfərdən çoxu həyatını itirib, 68 min nəfərdən artıq adam isə koronavirusdan sağalıb.

Britaniyanın səhiyyə naziri Nadin Dorris də koronavirusa yoluxub. Bu xəstəliyə tutulmasının aşkar edilməsindən bir gün əvvəl Dorrisin ölkənin baş naziri ilə - yəni Boris Consonla görüşü olub./Hurriyyet.org