ÇİN ABŞ-ı cəzalandırmaq istəyir

Baxış sayı:
599

Pekin Barak Obamanın administrasiyası  vaxtı tətbiq edilmiş  düzəlişlərin Ümumdünya Ticarət təşkilatının təsbit ediyi gömrük qaydalarına  uyğun olmadığını əsas gətirib ABŞ-ın cərimə ödəməsinə nail olmaq istəyir.
Bu barədə Muxalifet.az TASS xəbər agentliyinə istinadən məlumat verir.   
Çin  Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına əməl etməməsinə görə  ABŞ -dan   2.4 milyard ABŞ dolları tələb edir. Bu barədə bazar ertəsi Reuters ÜTT-nin dərc etdiyi sənədə istinadən məlumat yayıb.
"ABŞ-ın  davamlı olaraq mübahisələrin həlli orqanının (MHO) tövsiyələri və qaydalarına riayət etməməsinə  cavab olaraq, Çin, MHO-dan  illik  2.4 milyard dollar məbləğində güzəşt və əlaqədar  öhdəliklərin dayandırılması üçün icazə istədi" dedi
Reuters-in məlumatına görə, ABŞ günəş panelləri, külək generatorları trubinləri, polad silindrlər və alüminium profillər üçün tarifləri ləğv etməsə, ÇXR-in sanksiyaları ilə üzləşə bilər. Agentlik mübahisələrin hələl  Barak Obamanın rəhbərliyi dövründə başladığını qeyd edir.ÜTT-nın  Mübahisələrin Həlli Təşkilatının növbəti iclası oktyabrın 28-də keçiriləcək.