"Çernobılda onlar günahkar idi" - Keçmiş prezidentdən ŞOK AÇIQLAMA

Baxış sayı:
643

Latviyanın sabiq prezidenti Valdis Zatlers 1986-cı ildə Çernobılda baş vermiş dəhşətli qəzadan sonra bu fəlakətin nəticələrinin aradan qaldırılması üçün oraya göndərilənlər arasında olub.

Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, ixtisasca həkim olan V.Zatlers Çernobıl qəzasından sonra ləğvedicilərdən biri kimi ərazidə fəaliyyət göstərib. O, “Baltkom” radiosuna müsahibəsində bildirib ki, qəzada texnologiya günahkar deyil. Əsas günahkarlar bu texnologiyanı idarə edə bilməyən insanlardadır.

Dünyaya səs salmış və izlənmə rekordları qıran “Çernobıl” serialı barədə fikirlərini bildirən sabiq prezident filmə hələ də baxmadığını, lakin tezliklə seyr edəcəyini deyib. V.Zatlers vurğulayıb ki, atom enerjisinin əleyhinə deyil, sadəcə bu işi mütəxəssislərin öhdəsinə buraxmaq lazımdır.