"Çempionlar Liqasında oyun satıb" - Ferqyusonla bağlı şok ittiham

Baxış sayı:
448

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson danışılmış oyunda iştirak etməkdə ittiham olunub.

Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə keçmiş futbol meneceri Cüzeppe Palyara məlumat yayıb. Palyara, Ferqyusonun “Mançester Yunayted”lə Çempionlar Liqasında “Yuventus”a məğlub olduğu üçün ona “Rolex” şirkətinə məxsus 30 min funt-sterlinq dəyərində saat bağışladığını bildirib.

Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”ə rəhbərlik edib. Onun başçılığı altında “qırmızı şeytanlar” 13 dəfə Premyer Liqanın, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub.