Casusluğa görə həbs edilən alim azadlığa buraxıldı

Baxış sayı:
512

Bir müddət əvvəl casusluqda və sanksiya rejimini pozmaqda ittiham edilərək ABŞ-da həbs edilən iranlı professor Sirus Əsgəri azadlığa çıxıb.

Bu barədə məlumatı İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif məlumat verib. Əsgərinin artıq azadlıqda olması barədə tvitterdə yazan nazir bildirib ki, o, bir neçə gündən sonra İrana qayıdacaq.

Qeyd edək ki, Ohayo universitetində keçirilən elmi tədbirdə iştirak etmək üçün ABŞ-a yola düşən S. Əsgəri hava limanında həbs edilərək Vaşinqton şəhərindəki həbsxanaha aparılıb. Alim məxfi elmi məlumatları oğurlamaqda və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya rejimini pozmaqda ittiham edilib. Uzun sürən məhkəmə çəkişməsindən sonra məlum olub ki, S. Əsgəri qanun pozuntusuna yol verməyib. ABŞ məhkəməsi alimin azadlığa buraxılması haqqında qərar qəbul edib./Publika.az