Buraxılış imtahanında verilən suallarla bu saytda tanış ola bilərsiniz... - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
2175

2020-ci il martın 1-də keçirilmiş buraxılış imtahanında istifadə olunmuş “sual kitabçaları” Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.

DİM-dən verilən məlumata görə, imtahanda istifadə olunmuş “sual kitabçaları” ilə saytdan tanış olmaq mümkündür. 

Qeyd edək ki, imtahan nəticələri 2020-ci il aprelin 15-də elan edilib. Hər bir imtahan iştirakçısı Mərkəzin saytında özünə aid olan səhifədə imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olmaq imkanına sahibdir.

Gün ərzində imtahanda istifadə olunmuş qapalı tipli test tapşırıqlarının izahı da DİM-in saytında yerləşdiriləcək.