“BU, ŞƏHİD RUHUNU TƏHQİR ETMƏKDİR” – Göyçaylı sahibkar: “İşbaz Əfqan Salmanov məni şantaj etmək üçün şəhid anasını qabağa verib”

Baxış sayı:
628

Göyçay rayonu, Çayarxı kənd sakini İbrahimov Eldəniz Dursunəli oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Göyçay şəhəri, Nətavan küçəsində yerləşən mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyən şikayətçi yazır:
“Mənim həmin ərazidə qəssab mağazam var, halal pulumla, qanuni qaydada inşa etdirib, orada ət kəsimi ilə məşğul olub, həm dövlətə vergi ödəyirəm, həm də ailəmi dolandırıram. Göyçayda hamının işbaz kimi tanıdığı Salmanov Əfqan Salman oğlu mənim sahibkarlıq fəlaiyyətimə mane olub, mağazamı əlinə keçirmək istəyir. İşbaz Əfqan Salmanov buna görə müxtəlif üsullara əl atsa da, uduzduğunu görüb, məni şantaj etmək üçün şəhid anasını qabağa verib. Əfqan Salmanovun bu hərəkəti qanunsuzluq olmaqla yanaşı, şəhid adına, şəhid ruhuna təhqir hesab olunur.
Çünki işbaz Əfqan Salmanov ilk olaraq mağazamı ələ keçirmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib, mənim oradan məcburi çıxarılmağım tələbini qoydu. Göyçay rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Əfqan Salmanovun iddiası təmin edilmədi. Həmçinin, Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi qət edildi  və 25 iyul 2018-ci il tarixdə kassasiya şikayətinin təmin edilməməsinə dair Ali Məhkəmə qərar çıxardı.
Məhkəmə qətnamələri ilə subut olundu ki, Əfqan Salamnovun iddiası tam əsassızdır, həmin qəssab dükanı ona məxsus deyil, o, inşa etdirməyib, mənim maddi vəsaitim hesabına inşa edilib. Əlinin qanunlardan üzüldüyünü görən işbaz Əfqan Salmanov mənə məxsus mağazanı şəhid anası Xəzangül Səftər qızı Beydullayevaya bağışlamasına dair sənəd tərtib edir. Bundan sonra Əfqan Salmanov kənara çəkilib, şəhid anasını irəli verir ki, öz çirkin niyətini həyata keçirib, mağazamı ələ keçirə bilsin.

Sual olunur, Əfqan Salmanov, sənin 40 dan çox özünə məxsus sənədli  mağazan var, onlardan nə üçün birini şəhid anasına bağışlamayıb, özgəsinin mülkiyyəti olan obyekti şəhid anasına “bağışlayıb”, onu ələ salırsan. Bəli, bu şəhid ailəsini ələ salmaq və şəhid ruhunu təhqir etməkdir.
Əfqan Salmanov mənim mağazamdan çıxarılmağıma dair iddia ərizəsi ilə məhkəmələrə müraciət edəndə, şəhid anası Xəzangül Beydullayeva orada iştirak etməyib, onun bu işdə bir dəfə də olsun adı hallanmayıb, ancaq məhkəmələrdə uduzduqdan sonra şəhid anasını irəli verib.
İşbaz Əfqan Salmanova məxsus Göyçay rayonunda 40-dan çox ticarət obyekti var ki, hamısını icarəyə verib, küllü miqdarda gəlir əldə edir. Bu adam məni çox narahat edir, sahibkarlıq fəaliyyətimə maneələr yaradır. Mağazamın pəncərə şüşələrini öyrədilmiş şəxs tərəfindən bir-neçə dəfə daşla vurdurub sındırtdırıb. Buna görə mağazama müşahidə kamerası quraşdırdım və məlum oldu ki, pəncərəni daşla vurub sındıran Göyçay rayonu Hacıalı kənd sakini Şıxəliyev Eldar adlı tüfeylidir. Eldarı isə öyrədən işbaz Əfqan Salmanov olub.
Mənim yeganə iş yerim həmin bu qəssabxanamdır, buradan əldə etdiyim gəlirlə ailəmi dolandırıram. Qeyd edim ki, mən bu mağazadan əldə etdiyim gəlirdən Qarabağ müharibəsi əlili İsmayılov Namiq Qəhrəman oğlunun dərmanlarının almasına  maddi köməklik göstərirəm.
İşbaz Əfqan Salmanov isə zəhmətsiz gəlirlə əldə etdiyi var-dövlət hesabına Azərbaycan qanunalarını satın alıb, özgələrin mülkiyyətini ələ almaq istəyir. Ancaq qanun öz sözünü dedi və məhkəmənin qanunu qüvvəsini alımış qərarı var.
Əfqan Salmanov hətta şəhid anasını Ali Məhkəmənin sədrinin qəbuluna belə aparsa da, heç bir nəticəsi olmayıb.
Mən şəhidlərimizi hörmətlə anıram, onların ailələrinə  böyük rəğbətim var. Allah şəhidlərimizə rəhmət eləsin, öz çirkin niyyətini həyata keçirmək məqsədi ilə şəhid ailəsini ələ salan şəhid ruhunu təhqir edən Əfqan Salmanov kim insanlara isə Allah lənət eləsin.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident, siz daima sahibkarlara diqqət və qayğı göstərirsiniz, onların fəaliyyətinin genişləndirilməsi və yarana biləcək maneələrin qarşısının alınması üçün mütərəqqi sərəncamlar imzalayrsınız. Buna görə bütün sahiblarlar sizə güvənib, öz fəaliyyətlərini davam etdirirlər. Ancaq Göyçay rayonunda başqasının mülkiyyətini ələ almağı özünə peşə etmiş Əfqan Salmanov adlı işbaz törətdiyi qanunsuz əməllərə görə cazasız qaldığı üçün azğınlaşmışdır. Sizdən xahiş edirəm, şikayətimi araşdırıb, Əfqan Salmanovun barəsidnə ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.




Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.