​Bu qara qız dünya gözəli seçildi - FOTOLAR

Baxış sayı:
757

Londonda "Dünya gözəli-2019" Gözəllik Müsabiqəsinin qalibi seçilib. Muxalifet.az APA-ya istinadən bildirir ki, tacın sahibi Yamaykadan 23 yaşlı Toni-Enn Sinqx olub. Toni-Enn Sinqxə tacı "Dünya gözəli-2018"-in qalibi Vanessa Ponse de Leon təqdim edib. Toni-Enn Sinqx gözəllik müsabiqəsində qalib gələn ikinci yamaykalıdır. İlk dəfə 1993-cü ildə Yamayka təmsilçisi dünya gözəli seçilib. "Dünya gözəli-2019" Gözəllik Müsabiqəsində ikinci yerə fransalı Ofeli Mezino, üçüncü yerə hindistanlı Suman Rao layiq görülüb.