“BU, İŞĞAL PLANIDIR...” - Türkiyədən Trampın “Əsrin sazişi”nə sərt reaksiya

Baxış sayı:
401

İsrailin işğalına və təqibinə haqq qazandırmaq üçün atdığı addımlara icazə verməyəcəyik.

Yerli KİV-lər bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

"ABŞ-ın qondarma sülh planı öldü. Bu plan ikidövlətli həll yolu və Fələstin torpaqlarını qəsb etmək məqsədi daşıyan işğal planıdır. Fələstin xalqı və torpaqları pulla alınmır (Plana razı olacağı təqdirdə Fələstinə ayrılacaq 50 milyard yardım nəzərdə tutulur - red.).

Qüds qırmızı xəttimizdir. Həmişə qardaş Fələstin xalqının yanında olacağıq. Bu ərazilərdə müstəqil Fələstin üçün işlərimizi davam etdirəcəyik. Fələstinin qəbul etməyəcəyi hər hansı bir planı dəstəkləməyəcəyik. İşğal siyasətinə son qoymadan Yaxın Şərqə sülh gələ bilməz", - XİN-in bəyanatında qeyd olunub./Virtualaz.org