"BU GÜNLƏR KEÇƏCƏK..." - Tutulan icra başçısı ailəsinə səsləndi

Baxış sayı:
1771

İmişli Rayon İcra Hakimiyyətin başçısı Vilyam Hacıyev məhkəmədən çıxan zaman ailəsinə mesaj göndərib. 

BakuPost.az xəbər verir ki, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Sabiq başçı avtomobilə mindirilən zaman üzünü ailə üzvlərinə tutaraq deyib:"Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun".

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail rayon Məhkəməsi V.Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.