BMT rəhbərliyi: Whatsapp-dan istifadə etməyin təhlükəli oldugunu dedi

Baxış sayı:
790

BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak mühüm açıqlama ilə çıxış edib.
 
Müxalifet.az bildirir ki, o, BMT rəhbərliyinin “WhatsApp” messencerindən iş yazışmaları üçün istifadə etmədiyini deyib.
BMT nümayəndəsinin sözlərinə görə, tətbiq "qorunmayan rabitə mexanizmi" kimi qiymətləndirilib.
“Hazırda BMT-nin yüksək rəhbərliyinə WhatsApp-ı etibarlı ünsiyyət mexanizmi kimi istifadə etməmələri tövsiyə edilib. Yəni ola bilməz, düşünmürəm ki, baş katib Antonio Quterreşin bundan istifadə etsin", - Fərhan Hak deyib.
Ümumdünya Təşkilatının nümayəndəsi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi WhatsApp vasitəsilə “Amazon” şirkətinin direktoru Jeff Bezosun telefonundakı məlumatları əldə etməsi ilə bağlı ittiham olunmasını şərh etməyib. Onun fikrincə, təşkilatın daha çox məlumata ehtiyacı var.
"Xüsusi məruzəçilərin dediklərinə diqqət yetirdik və bu iddialarla bağlı vəziyyətin gələcəkdə necə cərəyan edəcəyini izləyəcəyik", - BMT nümayəndəsi əlavə edib.
Bundan əvvəl, BMT-nin müstəqil ekspertləri Aqnes Kallamar və David Kaye Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən milyarder və “Amazon” şirkətinin rəhbəri Jeff Bezosun mobil telefonundakı məlumatların ələ keçirliməsini istisna etmədikləri barədə açıqlama vermişdilər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman "Washington Post" qəzetinin rəhbəri Jeff Bezosun telefonundakı şəxsi məlumatları haker müdaxiləsi ilə ələ keçirib.
"Washington Post" qəzetinin müdiri və "Amazon"nun sahibi Jeff Bezosun mobil telefonu bin Salmanın "WhatsApp" hesabından göndərilən video mesajla hakerlər tərəfindən ələ keçib.
2018-ci ildə göndərilən mesajdan sonra Bezosun mobil telefonundakı çox sayda məlumat yüklənib.