BMT baş katibinin selfisi Bakıda etirazla qarşılandı

Baxış sayı:
295

Akif Nağı: “Quttereş özünü erməni diasporunun  lideri kimi aparıb”

Noyabrın 12-də Fransada səfərdə olan işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronun verdiyi ziyafətə qatılıb. Erməni saytlarının yaydığı məlumatdan işğalçı ölkə liderinin BMT baş katibi Antonio Quterreşlə ayaqüstü görüşdüyü bəlli olub. Paşinyan BMT rəhbərinə yanaşaraq onunla selfi də çəkdirib və onu “Facebook”da paylaşıb.

Qeyd edək ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul olunub. Bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, bu tələblər indiyə qədər yerinə yetirilməyib. Bu davranışla Ermənistan dünyanın ən böyük beynəlxalq təşkilatı sayılan BMT-ni saymadığını nümayiş etdirib. 

Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronun ile ilgili görsel sonucu

İndi BMT baş katibinin belə bir ölkənin başçısı ilə yaxından, mehribançılığı ifadə edən fonda şəkil çəkdirməsinə təəssüblənməmək olmur. N.Paşinyanın Quterreşlə çəkdirdiyi selfi sosial şəbəkələrin Azərbaycana aid seqmentində ciddi narazılıqla qarşılanıb. BMT baş katibinin işğalçı bir ölkənin lideri ilə selfi çəkdirməsi bu böyük beynəlxalq təşkilatın adına prinsipsizlik ittihamlarının irəli sürülməsinə səbəb olub.

Siyasi analitiklər hesab edir ki, BMT baş katibi Quterreş Ermənistanın BMT Təhlükəsizlik Şurasını saya salmadığı faktına diqqət etməli idi. 26 ildir onun səmimi şəkil çəkdirdiyi adamın rəhbərlik etdiyi ölkə BMT-nin 4 qətnaməsini yerinə yetirmir. Bu şəkildən Paşinyan divident götürsə də, Quterreş və BMT-nin nüfuzu zədələnir. Bir sıra təcrübələr var ki, BMT onun qətnamələrini icra etməyən ölkələrə sülhməramlı qoşunlarını yeridir. BMT-dən Ermənistanla bağlı da bu cür addım gözlənildiyi halda, onun rəhbərinin işğalçı ilə qol-boyun olması işğalçını həvəsləndirmək və konflikti körükləmək sayılır.

quterreş paşinyan selfi ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, BMT kimi böyük bir beynəlxalq təşkilatın rəhbəri hərəkətlərində diqqətli olmalı, müəyyən prinsiplərə riayət etməlidir. Lakin Antonio Quttereşin hərəkəti BMT baş katibinə xas olan davranış sayıla bilməz. Quttereş erməni diasporasının lideri kimi özünü aparıb: “Bu hərəkəti bir daha göstərir ki, BMT rəhbərliyi öz qərarlarına hörmətlə yanaşmır. Bu cür prinsipsizliklərə görə BMT bir zamanlar olan nüfuzunu tam itirib. BMT dünya ölkələrinə, münaqişələrə münasibətdə ayrı-seçkilik edir. Təsadüfi deyil ki, BMT-nin əhəmiyyətsiz bir quruma çevrilməsi, orada islahatların vacibliyi ilə bağlı fikirlər son illərdə dünya ölkələrinin liderləri tərəfindən tez-tez səslənir”.

akif nağı ile ilgili görsel sonucu

A.Nağı vurğuladı ki, Ermənistanın, onun rəhbərliyinin bu günə qədər cəzalandırılmamasının əsas  günahı, məsuliyyəti BMT-nin üzərinə düşür: “Bir kiçik işğalçı ölkə BMT-ni illərdir barmağına dolayır, qətnamələrini saya salmır. Ermənistan bundan sonra da etdikləri hərəkətlərə beynəlxalq təşkilatların göz yumacağına əmindir, ona görə də özlərini bu cür həyasız və ərköyün övlad kimi aparırlar. BMT baş katibinin Paşinyanla selfi çəkdirməsi ermənilərdə əminliyi bir qədər artırır. Bu hadisə BMT və digər beynəlxalq və regional qurumların riyakarlığını bir daha nümayiş etdirdi. Ona görə də Azərbaycan bu qurumlardan heç bir müsbət addım, nəticə gözləməməli, özünün təbii müttəfiqlərinə arxalanaraq torpaqlarını hərbi yolla azad etməlidir”.//musavat