Bir güllə başından, biri də... – Ekspertiza rəyi açıqladı

Baxış sayı:
3427

“Lotu Quli”nin qatili Xaqan Zeynalov (“Xan Bakinski”) ona indiyədək KİV-lərin yazdığı kimi 4 yox, 2 güllə vurub. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyənin məhkəmə-tibb ekspertizasının rəyində göstərilib. Sənədə əsasən güllələrdən biri “Lotu Quli”nin başından, digəri boynunun arxasından dəyib.

Bundan əvvəl Rusiya KİV-lərində qatilin  “Lotu Quli”yə 4 dəfə atəş açmasının “Rövşən Lənkəranski”nin ölümünün 4 ilini simvolizə etdiyi barədə təxminlər yürüdülmüşdü....