Biləsuvarda şəhid kapitan dəfn olundu - İKİ AYA YAXINDIR AXTARILIRDI... / Fotolar

Baxış sayı:
948

Biləsuvar rayonunda şəhid kapitan Elçin Tağıyev dəfn edilib.

Muxalifet.az xəbər verir ki, şəhidlə əvvəlcə Biləsuvar rayonunun Zəhmətabad kəndindəki ata evində vida mərasimi baş tutub.

Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Mərasimdən sonra şəhid Zəhmətabad kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, şəhid kapitan Elçin Tağıyev 1989-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub.

Məlumat üçün bildirək ki, iki aya yaxındır Elçin Tağıyevdən xəbər yox idi və yaxınları axtarırdı.

Allah rəhmət eləsin!