Beyrutda təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Baxış sayı:
1930

Təhlükəsizlik qüvvələri şənbə günü Livanın paytaxtında barikadalarla əhatə olunmuş mərkəzi rayona daxil olmağa çalışan bəzi etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Livanda oktyabrın 17-dən bəri ölkəni son onillərin ən pis iqtisai böhranına sürükləyən hakim eliya əleyhinə keçirilən etiraz dalğası çərçivəsində yüzlərlə insan küçələrə axışıb.
Etirazçılar Səad əl-Həririnin oktyabr ayında baş nazir vəzifəsindən istefa verməsinə gətirib çıxarandan vəri əsas partiyalar arasında yeni kabinetin yaranması üzərinə danışıqlar heç bir nəticə verməyib.
Livanın böhrandan çıxarılması üçün dərhal yeni hökümətin yaranmasın ehtiyac var. İqtiadi böhran həmçinin ölkənin bank sistemini də sarsıdıb. Xarici donorlar deyir ki, onlar banklara yalnız hökümət islahatlar etdiyi təqdirdə yardım edəcək.
Şənbə günü Beyrutda çox sayda iğtişaş polisi və təhlükəsizlik qüvvələri yerləşdirilib. Onlar küçələrdə nümayişçiləri təqib edib, bəzilərini hətta həbs edib.
Bəzi etirazçılar parlamentə və hökümət qərargahına aparan yollarda yerləşdirilən polad baryerləri keçmək istədikləri üçün təhlükəsizlik qüvvələri onlara göz yaşardıcı qaz bankaları və rezi güllələri atıb.
Dövlət xəbər agentliyi NNA bildirib ki, gözyaşardıcı qaz bəzi insanların huşlarını itirmələrinə səbəb olub. Libanın Qırmızı Xaç təşkiları 14 nəfərin yaralandığını, onların altısının vəziyyətinin ağır olduğunu və xəstəxanaya çatdırıldığını bildirib.
İğtişaş qiymətlərin artması, yebi vergi planları və 1975-1990-cı illdərə baş verən vətəndaş mühairbəsindən bəri ölkədə record sayda liderlərin olmasına qəzəb nəticəsində başlayıb. Etirazçılar siyasi sinfi dövlətin sərvətini öz xeyirləri üçün istifadə etməkdə ittiham edir.
Muxalifet.az