"Belə hekayələr uyduranlara yazıqlar olsun" - Tramp təcavüz ittihamlarını rədd etdi

Baxış sayı:
517

Amerika prezidenti Donald Tramp ona qarşı yönəldilən yeni təcavüz iddiasını rədd edib. Ceyn Karrol adlı bir qadın cümə günü “New York” jurnalına yazdığı məqalədə ABŞ prezidenti Donald Trampın 1990-cı ilin ortasında ona təcavüz etdiyini bildirmişdi. 

Karrol o dönəmdə dostlarının “məhkəməni uda bilməzsən” xəbərdarlığına görə, Tramp haqqında şikayətçi olmadığını dedi. Bu günə qədər 10-dan artıq qadın D.Tramp tərəfindən cinsi istismara uğradığını açıqlayıb. Tramp isə bu ittihamları rədd etdi. 

Hadisənin gerçəkləşdiyi iddia edilən Bergdorf Goodman mağazası isə video arxivlərində belə bir hadisənin olmadığını açıqladı. Tramp bu açıqlamaya görə mağazaya təşəkkür etdi.

Karrolun bəyanatı nədir?

Karrol Trampla 1995-ci ilin sonu və ya 1996-cı ilin əvvəlində Nyu Yorkda çalışdığı Bergdorf Goodman mağazasında qarşılaşdıqlarını, Trampın “bir qız” üçün hədiyyə axtardığını deyir. Trampı həmin vaxt televiziyadan tanıdığını deyən Karrol öncə zarafatlaşdıqlarını, sonra bir-birlərini alt paltarı geyinməyə razılaşdırdıqlarının ardınca da geyinmə kabininə getdiklərini və orada Trampın ona təcavüz etdiyini danışır.

O dönəmdə həm Tramp, həm də Karrol 50 yaşında idi. Karrol bu hadisənin ardınca yaşadıqlarını iki dostuna danışdığını, onlardan birinin “Unut bunu! Onun 200 vəkili var, səni basdırarar!” deməsinə görə şikayətçi olmadığını deyir. 

Karrol məqaləsində beş başqa kişi tərəfindən də cinsi istismara məruz qaldığını yazır. Bu şəxslərdən biri də Amerika yayın qurumu olan CBS-in eks rəhbəri Les Moonvesdir.
Moonves 2018-ci ildə cinsi istismar iddialarının ardınca vəzifəsindən getmişdi. Nyu York Jurnalına açıqlama verən vəkilləri isə Karrolun ittihamlarını rədd etmişdi. 

Karrol məqaləsində Trampın təcavüzünün ardından bu günə qədər cinsi münasibət qurmadığını deyir.

Tramp nə deyir?

Bir açıqlama yayınlayan Donald Tramp isə “bu şəxslərlə heç qarşılaşmadım” dedi və sözlərinə əlavə etdi: “Yeni bir kitab yayınlayıb və onu satmağa çalışır. Motivasiyası yəqin ki, budur. Halbuki kitab kitabçıların “qurğu” bölümündə yer almalıdır. Bir kitab satmaq, diqqət çəkmək və ya siyasi məqsədlərini həyata keçirmək üçün belə hekayələr uyduranlara yazıqlar olsun. Ortada sıfır sübut varkən belə bir şeyə inanan insanların olması da çox pisdir”. 

Bunun bir “saxta xəbər” olduğunu qeyd edən Tramp Demokrat Partiyasının Karrol və ya New York jurnalı ilə iş birliyinə dair məlumatı olanları Ağ Saraya məlumat verməyə dəvət etdi./Musavat.com