BBC-NİN "BİRLİKDƏ YAŞAMAQ" LAYİHƏSİ... - Erməni qadın Azərbaycanla bağlı xatirələrini danışır / VİDEO

Baxış sayı:
472

BBC News Azərbaycanca “Birlikdə yaşamaq” adlı yeni silsilə video müsahibələrə başlayır.
 
Vüsal Həmzəyevin yeni layihəsi olan bu verilişdə 1988-ci ildə Azərbaycanla Ermənistan arasında münaqişə başlayandan sonra öz evlərini tərk etməyə məcbur olmuş insanlar danışırlar.
 
Etnik kimliyi səbəbindən Azərbaycan və Ermənistandan köçmüş şəxslər münaqişədən əvvəliki həyatla bağlı xatirələrini bölüşür, köç zamanı şahid olduqları və qarşılaşdıqları hadisələrdən danışır və yeni vətənlərində onlara olan münasibətdən söz açırlar.
 
“Birlikdə yaşamaq” proqramının ilk qonağı münaqişə başlayandan sonra doğma şəhəri Mingəçeviri tərk edərək Rusiyaya, daha sonra isə Ermənistana köçmüş Nona Şahnazaryandır.
 
O, Azərbaycandakı uşaqlıq dostları və qonşularını xatırlayır, Mingəçevirdə ona olan münasibətdən bəhs edir.
 
Nona həmçinin münaqişə başlayan ərəfədə gördükləri, münaqişənin səbəbləri və Azərbaycana olan münasibətinə dair Vüsal Həmzəyevin suallarını cavablandırır.
 
Növbəti epizodda Vüsal, 1988-ci ildə Ermənistanın Vardenis rayonunun Şişqaya kəndini tərk etmiş və indi Bakıda yaşayan cərrah Ruslan Yusifovla söhbət edəcək.
 
"Birlikdə yaşamaq" silsiləsi həftədə bir dəfə yayımlanacaq.