BAŞ NAZİR TƏRƏFDARLARINI MEYDANA ÇAĞIRDI! - Polisə göstəriş verdi / Yenilənib

Baxış sayı:
391

Paşinyan polisə paytaxt İrəvanda və digər şəhərlərdə təhlükəsizliyi təmin etməyi tapşırıb. 

O, özünün "Facebook” səhifəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərdiyini qeyd edərək, xalq dövlət çevrilişinə qarşı çıxmağa çağırıb. 

Artıq Paşinyanın tərəfdarları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşır və "Qarabağ klanı"nın yenidən hakimiyyəti ələ keçirməsinə etiraz edirlər.

***

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

"Report" baş nazirin feysbuk səhifəsinə istinadən xəbər verir ki, o, tərəfdarlarını meydana çıxmağa çağırıb.

"Tərəfdarlarımızı elə indi Respublika Meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", - o bildirib.