Barmağınıza baxıb, koronavirusa yoluxduğunuzu öyrənə bilərsiniz? - Cəlal İsayev AYDINLIQ GƏTİRDİ

Baxış sayı:
657

“Epidemiyanın başladığı ilk günlərdə havaların temperturunun 25 dərəcəni keçdikdən sonra COVİD-19 virusunun ölməsi barədə səsləndirilən fikirlərlə bağlı onu deyə bilərəm ki, virusların bir çox növləri var. Bəzi viruslar 37 dərəcədə, 10-15dəqiqə tab gətirib, sonra ölür.”

Muxalifet.az bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. C.İsayev bildirib ki, COVİD-19 virusu isə hətta 56 dərəcədə belə 10-15 dəqiqə dözə bilir:

”Bir daha deyirəm ki, COVİD-19 infeksiyası tam öyrənilməyib, müxtəlif fikirlər var. Hətta belə bir absurd fikir də ortaya atılıb ki, kimin çeçələ barmağı uzundur, COVİD-19-a daha tez yoluxur. Bu səslənən fikirlərin arasında düz olanı da, səhvi olanı da var. İstənilən halda bu bəladan qurtulmaq istəyiriksə, qaydalara ciddi əməl etməliyik”.