“Baku Bus” koronaviruslu xəstəni “sağlam çıxaran” klinikaya 480 min manat ayırdı – QALMAQAL

Baxış sayı:
2690

“Baku Bus” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Referans Klinik Labaratoriya Mərkəzi” MMC olub.
“Referans Klinik Labaratoriya Mərkəzi” MMC  “Baku Bus”un sürücülərinin səyyar yoxlama yerlərində və MMC-nin inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətlərini həyata keçirəcək.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün “Baku Bus” “Referans Klinik Labaratoriya Mərkəzi” MMC -yə 480 min 24 min manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Referans Klinik Labaratoriya Mərkəzi” MMC cəmi  14.10.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nərimanov rayonu, M. Məmmədzadə ev 8A ünvanında qeydiyyatda olan MMC-nin qanuni təmsilçisi Mirzəyev Aqil Əlövsət oğludur.
Qeyd edək ki, “Referans Klinik Labaratoriya Mərkəzi” MMC-nin adı bir qədər əvvəl mətbuatda “Covid-19” testindən keçən vətəndaşa səhv nəticə təqdim etməsilə gündəmə gəlib. Belə ki, “Referans Klinik Labaratoriya Mərkəzi” MMC test nəticəsi pozitiv olan şəxsə nəticənin neqativ çıxdığını bildirib.  Bu səbəbdən də vətəndaş xəstə olduğu halda gündəlik həyatına normal şəkildə davam edib və digər insanların da həyatını təhlükəyə atıb.
Daha sonra “Referans Klinik Labaratoriya Mərkəzi”ndən açıqlma verərək bildiriblər ki, bu əməkdaşın  səhvi nəticəsində baş verib. Eyni zamanda “Referans”da aparılan testlərin məhdudlaşdırıldığı barədə açıqlma da veriblər./yeniavaz.com/