Bakının Xəzər rayonunda ağır qəza: ölən var

Baxış sayı:
490

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az
 xəbər verir ki, Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.İsmayılov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Firuz Məmmədovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.
Muxalifet.az