Bakının mərkəzində avtomobil yandı - FOTO

Baxış sayı:
478

Bu gün Bakı şəhər Yasamal rayonu ərazisində, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində - üzü şəhər istiqamətində "KİA" markalı minik avtomobili yanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadası gəlib və maşının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səbəbindəndə yolda nisbətən sıxlıq yaranıb.