Bakıda qısqanclıq zəminində qətl... - ARVADINI LİFTDƏ ÖLDÜRDÜ

Baxış sayı:
988

Bakıda arvadını öldürən şəxs tutulub.

Hadisə ötən gün Binəqədi rayonu Cavadxan küçəsində yerləşən binanın liftində qeydə alınıb.

Bakı şəhər sakini, 1980-cı il təvəllüd Könül Əsgərova qısqanclıq zəminində əri, 1977-ci il təvəllüdlü Hafiz Əsgərov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə törədən  H. Əsgərov saxlanılıb. 

Binəqədi rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./APA