Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Baxış sayı:
2746

Azərbaycanda hazırda təqaüddə olan hakimin ailəsindəki böyük qalmaqal artıq pik həddə çatıb. Sumqayıt İqtisad Məhkəməsinin bir neçə ay əvvələ kimi sədri olmuş Çingiz Bəşirov öz oğlunun ailəsinin boşanmasına israrlı olduğu kimi, nəvəsinin oğurlanmasının birbaşa təşkilatçısı olduğu iddia olunur.
Bir neçə gün əvvəl Criminal.az-a azyaşlı qızının oğurlanacağını deyən Ç.Bəşirovun gəlini, Rusiya vətəndaşı Samirə Bəşirova saytımıza müraciət edərək artıq qızının ondan zorla alındığını bildirib. S.Bəşirovanın sözlərinə görə, uşağının ondan alınmasında baş rolda polis əməkdaşları olub.
S.Bəşirova bildirib ki, martın 5-da axşam saatlarında Nəsimi rayon Polis İdarəsinin əməkdaşları yaşadığı mənzilə gələrək zorla uşağını ondan alıb: "Bizi aldartdılar ki, guya uşağı ekspert yoxlayacaq. Biz də onları mənzilə buraxdıq. Qəfildən evə bir neçə polis daxil oldu. Qızımı qucağımdan qopararaq həyat yoldaşım Tamerlana verdilər".

 

 
Ana başına gətirilənləri göz yaşı içərisində danışır: "Polislər evə gələndə qızımla mən otaqdaydıq. Qızım məni qucaqlayaraq "ana məni heç kimə vermə" deyirdi. Amma polislər məni aldatdı. Bizi söhbət etmək adı ilə otaqdan çıxardı, sonra içəri başqa polisləri də saldı. Sonra uşağımı zorla məndən aldı. Sonra isə "atası, gəl qızını götür" deyərək ona verdi. Bu zalımlıq harda yazılıb? Bunun arxasında kimin sifariş dayanır? Neçə gündü qızımın səsinə belə həsrət qalmışam. Uşağın günahı nədir? Axı polis nə vaxtdan ər-arvad boşanmalarında vasitəçi olub? Balaca uşağa belə travmanı niyə vururdular? Bu iş qaynatam Çingiz Bəşirovun sifarişi ilə həyata keçirilir".
 
 
S.Bəşirova deyir ki, daha əvvəl, 2017-ci il martın 15-də qızımın həyat yoldaşım Tamerlan Bəşirov və ailəsi tərəfindən qaçırılıb ondan gizlədilib. Hətta tədbirlər görülməsi üçün bir sıra şikayətlər də edib.