BAKIDA EVİ UÇURULAN AZƏRBAYCANLI CƏRRAH SƏUDİYYƏ KRALINA MÜRACİƏT ETDİ - "Evimi sökənlər “seyid “ və “hacı“lardır..."

Baxış sayı:
7378

“Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səuda müraciət edən tanınmış cərrahın məktubunu olduğu kimi dərc edirik. *** SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI! İKİ MÜQƏDDƏS MƏSCİDİN XADİMİ! ƏLAHƏZRƏT SALMAN BİN ƏBDÜLƏZİZ ƏL SƏUDA BİSMİLLAHİR – RƏHMANİR - RƏHİM! SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI ! İKİ MÜQƏDDƏS MƏSCİDİN XADİMİ ƏLAHƏZRƏT SALMAN BİN ƏBDÜLƏZİZ ƏL SƏUD Mən, İskəndərov Qafar Bədəlxan oğlu bir neçə il Səudiyyə Ərəbistaninda ümümi və laparoskopik cərrah - Konsultant olaraq çalışıb yüksək əmək haqqı almışam. Sizin ölkənizdə bir ildə aldığım əmək haqqını Azərbaycanda əldə etmək üçün ən azı 51 (əlli bir) il işləmək lazımdır və bu əmək haqqını bir yerdə toplamaq üçün isə bir insan ömrü yetməz. Yüksək əmək haqqı verdiyinizə görə və Azərbaycanlı həkimlərin ölkənizdə çalışmasına şərait yaratdığıniz üçün ƏLAHƏZRƏT Sizlərə, Sizin simanızda ölkənizin Səhiyyə Nazirliyinə və ümümilikdə Səudiyyə Ərəbistanının bütün vətəndaşlarına özüm və orada çalışan həkimlər adından dərin minnətdarliğımı bildirir, Sizlərə uzun ömürlər və can sağlığı arzu edirəm. Allah Səudiyyə Ərabistanının sərvətlərini daha da bol etsin.AMİN ! ALLAH SİZLƏRİN HƏR ZAMAN YARDIMÇISI OLSUN! AMİN ! Möhtərəm, Zati-Həzrətləri! Sizə bu məlumatlarla narahat etdiyim üçün öncədən üzr istəyir, bildirmək istəyirəm ki, bu artıq mənə olunan zülm qarşısında aciz və köməksiz qalmağımla bağlıdır. Məlumat olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, 2016 – 2017 ci illərdə Səudiyyə Ərəbistanının Hafer Al Batin şəhərində həkim-cərrah-konsultant işlədiyim zaman Azərbaycan Respublikası, Bakı şəhəri, N.Yusifbəyli 25/27 ünvanında yerləşən iki mərtəbəli yeganə evim Nəsimi rayon icra başçısı Asif Əsgərovun razılığı ilə Regal MTK sirkətni tərəfindən mənim razılığım və xəbərim olmadan qanunsuz, heç bir məhkəmə qərarı olmadan sökülmüş, əşyalarım talan edilmişdir. Səudiyyə Ərabistanında halal zəhmətimlə qazandığım əmək haqqını cinəyətkar qruplaşma - "Regal" MTK sirkəti Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının ( polis, prokurorluq, hakimlər, millət vəkili və icra başçısı ) himayədarlıqları ilə əlimdən almışlar. Çox təəssüflər olsun ki, evimi sökənlər “ seyid “ və Hac ziyarətini edən “Hacı “lardır. Möhtərəm, Zati-Həzrətləri! Azərbaycanda özlərini “seyid” adlandıran şəxslər mövcuddur ki, bunlarda özlərini Peyğənbərin ( Ona Uca ALLAHin salami olsun ) övladları adlandırırlar. Səudiyyə Ərabistanında – müqəddəs torpaqlarımızda nə qədər Peyğəmbər nəslindən olanlar yaşayırlar. Amma mən orada özünə “ seyid “ deyən şəxslərə rast gəlmədim. Mən Səudiyyə Ərabistanında rüşvətin nə olduğunu və bu cür qanunsuzluqları görmədim. Məgər Peyğəmbər ( Ona Uca ALLAHin salami olsun ) bizim ölkəmizdə olan “seyidlərə” başqasının evini yıxın, suyunu, yolunu, işığını, kəsin deyə ( Əstafirullah ) bunlara göstərişmi vermişdir. Şirkətin digər titullu nümayəndələri “ hacı “lardır ki, bunlarda başqasının evini yıxan, suyunu, işığını və yolunu kəsənlərdir. Burada? Hörmətli şairimiz Mətləb Məmmədoğlunun gözəl misraları yada düşür: Həccə gedir hər yaramaz, Günahını dərya yumaz, Qanlar töküb, sonra namaz qılana bax e. Bu “hacı“ lar və “seyid” lər haqqında Allah bilən məsləhətdir. ALLAHi Əkbər ! Əlbəttə, bu qanunsuzluqların Sizin ölkənizlə heç bir əlagəsi yoxdur. Lakin bu hadisəni Sizə çatdırmağa məni məcbur edən 3 il müddətində Azərbaycan Respublikasının hüqüq-mühafizə (polis, prokurorluq) orqanlarının biganəliyi, məhkəmə sisteminin süründürməçiliyi və Azərbaycan Respublikasınin heç bir qanunlarına istinad edilməyən qərəzli, yanlış qətnamələr çıxarması, yerli icra hakimiyyərlərinin özbaşınalığı ( Nəsimi rayon icra başçısı Asif Əsgərovun,Nəsimi rayon prokuroru “hacı“ Salman Məmmədlinin ), mənim konstitusion hüquqlarımın tapdalanması və eyni zamanda da müraciətlərimin Azərbaycan Respublikasının Prezidentinə və 1 ci Vitse Prezidentinə çatdırılmaması olmuşdur. Mən məsələnin aşağıda göstərdiyim media orqanları vasitəsilə dövlət rəhbərliyinə çatdırılmasına çalişsamda, təəssüf ki buna nail ola bilməmişəm. http://azpolitika.info/?p=552989 https://www.moderator.az/news/289519.html https://www.moderator.az/news/290022.html http://hurriyyet.org/xeber/vetandasin_xeberi_olmadan_evini_sokduler_-_video https://muxalifet.az/xaricd-calisdigim-dovrd-evim-qanunsuz-olaraq-sokulu... http://hurriyyet.org/xeber/taninmi_crrah_milli_mclis_mracit_etdi_-_xaric... https://www.moderator.az/news/290718.html http://azpolitika.info/?p=555279 https://www.facebook.com/AzerFreedomTV/videos/370335013854560/UzpfSTEwMD... https://www.youtube.com/watch?v=rFqoZhea0bo&feature=share&fbclid=IwAR3gj... http://aztimes.az/2019/10/02/asif-%c9%99sg%c9%99rov-v%c9%99-reqal-mtk-ni... https://hergun.az/article/az/9402 https://www.youtube.com/results?search_query=c%C3%BCmhuriyyet+tv https://www.youtube.com/channel/UCoofsWFgNIB573MkUShwc5A https://www.youtube.com/watch?v=ATm2hgXfEE4 https://www.facebook.com/cumhurtv https://www.youtube.com/watch?v=nsgusyvlgVs https://muxalifet.az/xaricd-calisdigim-dovrd-evim-qanunsuz-olaraq-sokulu... https://www.moderator.az/news/291850.html https://muxalifet.az/evim-sokulrkn-saxlanc-yerindn-50-min-dollar-yoxa-ci... http://hurriyyet.org/xeber/saxtakarliqda_ittiham_olunan_notariusa_asan_x... http://azpolitika.info/?p=557647 https://versus.az/article/az/10683 http://azpolitika.info/?p=551929 SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI ! İKİ MÜQƏDDƏS MƏSCİDİN XADİMİ! MÖHTƏRƏM, ZATİ-HƏZRƏTLƏTİ! Əslində, Sizi, aid olmayan məsələlərlə narahat edir və qiymətli vaxtınızı alıram, Buna görə üzrümü qəbul edecəyiniz ümüdindəyəm. Lakin Möhtərəm Zati-alilərinizə müraciət etmək məcburiyyətindəyəm. Sizdən xahişim budur ki, başıma gələn bu hadisənin Azərbaycan Respublikasının Prezidenti və 1 ci Vitse Prezidentinə çatdırilmasında mənə köməklik edəsiniz. ALLAH SİZLƏRİN HƏR ZAMAN YARDIMÇISI OLSUN! AMİN ! Dərin Hörmət və sayğılarla Ümümi və laparoskopik cərrah konsultant Qafar İskəndərov tel: +994557522249 ; whats app +79167559404 Bakı şəhəri Oktyabr 2019 cu il.