BAKIDA ÇÖRƏK ALMAQ ÜSTÜNDƏ "DAVA" - Alıcılar marketdə az qala əlbəyaxa olacaqdılar... / VİDEOLAR, YENİLƏNİB

Baxış sayı:
844

Bakıda çorək alışı ilə bağlı daha bir xoşagəlməz mənzərə yaranıb.

Muxalifet.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntüyə görə, "Çinarlı" adlı marketin önünə toplaşan vətəndaşlar çörək sexinin əməkdaşlarının gətirdikləri çörəklər mağazaya daxil olmadan, yeşikləri boşaldıblar. Ən maraqlısı isə odur ki, alıcılar çörəyin pulunu ödəmədən, ərazidən uzaqlaşıblar.
Həmin görüntüləri də təqdim edirik:


***
23:43

Sosial şəbəkələrdə Bakıdakı marketlərin birində çəkildiyi bildirilən şok görüntülər yayılıb. 

Muxalifet.az xəbər verir ki, görüntülərdə marketdə çörək almaq üstündə vətəndaşların bir-biri ilə az qala əlbəyaxa olduğu əks olunur. Üzücü olsa da, görüntüləri oxucularımızla paylaşırıq: