Bakıda bankın pulunu ödəməkdən yayınan iş adamına cinayət iş açıldı

Baxış sayı:
1045

“Əmrahbank” ASC-nin Bakıxanov filialından götürdüyü kredit borcunu qəsdən ödəməkdən yayınan iş adamına cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Taryel Məmmədovun barəsində Cinayət Məcəlləsinin 196.1-ci (məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.

Taryel Məmmədovun cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fəqan Əhmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 29-na təyin olunub.