Bakı sakini evində 40-dan çox pişik saxlayır - VİDEO

Baxış sayı:
430

Bakı sakini Afət Quliyevanın evində 42 pişik yaşyır. Küçədə xəstə və ac heyvanları görən qadın onlara biganə qala bilmir və hamısına sığınacaq verir. “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı “MİR 24” telekanalı süjet hazırlayıb.
Mənzindəki səliqə-səhmana növbə ilə - Afət Quliyevanın özü və qızları baxır. Hər heyvanın öz xarakter və xasiyyəti var. Quliyevanın evində onların hər birinə xüsusi qayğı göstərilir. Ən yaşlı pişiyin adı Lilidir. Onun 10 yaşı var. 
Afət Quliyeva bu sayda pişiyə yemək verməyin çətin olduğunu deyib. Qadının sözlərinə görə, sosial şəbəkə vasitəsilə onun “pişikli evi” haqda öyrənən biganə olmayan insanlar ona yardım edir. Xeyriyyəyə yerli ev heyvanı mağazalarının sahibləri də qoşulub. Onlar həftədə bir dəfə Quliyevanın evinə pulsuz yem gətirir.