“BAĞIMSIZ AZƏRBAYCAN UĞRUNDA MÜCADİLƏMİZ DAVAM EDİR” – “Dövlətimizlə millətimizin bütünlüyü bu gün daha çox lazımdır”

Baxış sayı:
487

Turan Partiyasının başqanı Cahandar Bayoğlu son günlər erməni silahlılarının Azərbaycana hücumu ilə bağlı bəyanat yayıb.
Muxalifet.az
xəbər verir ki, partiya  sədrinin bəyanatında bildirilir:
“Əziz yurddaşlar!
Son günlər Moskvanın əlində oyuncaq olan erməni birlikləri Azərbaycan Respublikasının sərhədində terror əməliyyatları keçirməkdə davam etməkdədirlər.
Şərəfli Azərbaycan əsgəri terrora qarşı savaşda qəhrəmanlıq göstərməkdədir. Uca millətimiz də sərhəddə əsgərlə çiyin-çiyinədir.
Belə bir ağır durumda Moskva mərkəzli düşmən sərhəddə əsgərlərimizlə, o cümlədəm Bakıda və bütün bölgələrdə daxili sabitliyi pozmağa hazır duranlar millətimizlə savaşdadır. Bağımsız Azərbaycan uğrunda mücadiləmiz davam edir. Azərbaycan Respublikasının içərisində adı bizdən olub, özü erməni-rus uşağı olanlarla üz-üzəyik. Sərhəddə savaşanlar bəllidir, içimizdə olanlar gizlindən dövlətimizi çökdürmək üçün düşmənlə bir olub Moskvadan, Tehrandan, İrəvandan gələn təlimatları icra etməkdədirlər.
Əziz soydaşlar!
Belə bir məsuliyyətli dövrdə sizlərə müraciət edirik, rəsmi qaynaqlara dayanmayan bilgilərin yayılmasına qətiyyən imkan verməyin. Xalqa qeyri-qanuni çağırışlar edənləri susdurun. Dövlətimizlə millətimizin bütünlüyü bu gün daha çox lazımdır.
Dövlət başçısı, sayın İlham Əliyev, Sizə müraciət edirik, bu ağır gündə daha sərt qərarlara əl atın, düşmənlərin zərərsizləşdirilməsinə çəkinmədən qərar verin. Bu haqq mücadiləsində, dövlətin aliliyi, millətimizin müqəddəs bağımsızlığı bizdən hər cür cəfakeşlik etməyi tələb edir. Biz bu yolda Sizin atdığınız bütün addımları dəstəkləyəcəyik. Azərbaycanı ayaqlar altına atmağa hazır olanlara, Moskvanın güdümündə olan erməniçilərlə açıq və gizli savaşda sizinləyik. Biz əminik ki, uca millətimiz bu müqəddəs savaşda birlik nümayiş etdirəcək, kripto erməniçi, farsçı, rusçu güclərin oyununu pozacaq”.

Muxalifet.az