Azərbaycanla Gürcüstan arasında gediş-gəliş dayandırılıb? - NAZİRLƏR KABİNETİNDƏN AÇIQLAMA

Baxış sayı:
1366

“Gürcüstanın Azərbaycanla gəliş-gedişi dayandırması barədə bu ana qədər məndə hər hansı məlumat yoxdur”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında  Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Qeyd edək ki, bu gün Gürcüstan hökumətinin administrasiyasının yaydığı məlumatda bildirilib ki, iki ölkənin baş nazirləri arasında telefon danışığı olub və telefon danışığı zamanı iki ölkə arasında gediş-gəlişin dayandırılması barədə razılığa gəlinib.

İbrahim Məmmədov onu da deyib ki, aviareyslər məhdudlaşdırılıb, amma bir çox ölkələrin bizdə olan vətəndaşları ölkələrinə gedirlər, bizim vətəndaşlar geri gəlmək istəyir: "Ona görə ciddi nəzarət altında gediş-gəliş saxlanılır".

O bildirib ki, insanların qida təhlükəsizliyini təmin etməyə də ehtiyac var: "Ona görə də iqtisadi əlaqələrin bəlli çərçivədə qalmağın ehtiyac var. Bu məsələyə rasional yanaşılır".