Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi – VİDEO

Baxış sayı:
450

Koronavirus pandemiyasının qurbanı olmuş vətəndaşların xatirəsinə 13 iyul tarixinin Qazaxıstan Respublikasında ümumxalq hüzn günü elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə səfirlikdən bildirilib.

“Səfirlik qardaş Qazaxıstan xalqına başsağlığı verir. Qardaş Qazaxıstan xalqı ilə həmrəyliyin əlaməti olaraq səfirlikdə dövlət bayrağı yarıyadək endirilib”, – diplomatik missiyadan vurğulanıb.