​Azərbaycanın Gürcüstanla sərhədində təxribat hazırlanır – SƏRHƏD XİDMƏTİNDƏN XƏBƏRDARLIQ

Baxış sayı:
572

İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.
Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə əldə olunan məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.
Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar./virtualaz.org