Azərbaycanı gələn il “Eurovision”da kim təmsil edəcək?

Baxış sayı:
388

Murad Arif gələn il Azərbaycanı “Eurovision”da təmsil etmək niyyətindədir. Muxalifet.az xəbər verir ki, aparıcı-müğənni bu barədə sosial şəbəkədə elan edib: “Elektra Hall konsertimdən sonra, bəyan etmək istəyirəm və hər birinizdən bu bəyanata dəstək gözləyirəm... “Eurovision 2020” üçün namizədliyimi rəsmi olaraq təklif edirəm! Mən buna hazıram! Mən bunu arzulayıram! Bizə 3 dəqiqəlik HIT lazımdır! Özümüz yazaq, öz uşaqlarımızla, öz nəğməmizlə oraları partladaq!” Müğənni özünə əmin olduğunu və təşkilatçılardan bu yolda dəstək gözlədiyini gizlətməyib. Qeyd edək ki, müsabiqə 12-16 may 2020-ci il tarixlərində Rotterdamın “Rotterdam Ahoy” arenasında keçiriləcək.//Publika