Azərbaycanda təhsil müəssisələrində DƏRSLƏR YENİDƏN TƏXİRƏ SALINDI - Rəsmi açıqlama

Baxış sayı:
794

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Qeyd edək ki, koronavirus epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycanın təhsil müəssisələrində ilk dəfə 3-9 mart tarixlərində dərslərin dayandırılması ilə bağlı qərar qəbul olunmuşdu.