Azərbaycanda siqaret bahalaşdı - "Firmalar dünəndən bizə siqaret vermirdilər"

Baxış sayı:
800

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb.

"Report" xəbər verir ki, ölkə ərazisində siqaret əvvəlki vaxtlarla müqayisədə 10 qəpik baha satılır.

"Bir neçə gündür ki, topdansatış mərkəzlərində siqaretin satışı dayandırılmışdı. Firmalar dünəndən bizə siqaret vermirdilər. Buna görə ehtimal edirdik ki, qiymətlər artacaq. Çünki, topdansatış mərkəzləri həmişə qiymət artımından 2-3 gün əvvəl satışı dayandırırlar", - pərakəndə siqaret satıcıları "Report"a bildiriblər.