Azərbaycanda maraqlı mənzərə: İki rayonun bir İcra başçısı var - FOTOFAKT

Baxış sayı:
1225

Xəbər verdiyimiz kimi, noyabr ayının 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakının iki rayonunda, eləcə də Şirvan şəhəri və Zərdab rayonunda icra başçıları dəyişdirilib.
Muxalifet.az Yeniavaz.com-a istinad
ən xəbər verir ki, icra başçılarının təyinatından 2 gün ötsə də adları qeyd olunan bəzi şəhər və rayonların İcra Hakimiyyətlərinin rəsmi veb-səhifələrində müvafiq düzəlişlər edilməyib.
Yeni təyin olunan 5 icra başçısından yalnız 2-nin - Suraxanı və Zərdab rayon İcra Hakimiyyəti başçılarının - Mərdan Camalov və Rafiq Quliyevin tərcümeyi-halları rəsmi veb-sayta yerləşdirilib.
Yasamal rayon İcra Hakimiyyətinin rəsmi veb-saytının müvafiq bölməsində (İcra Başçısı) heç bir məlumat yoxdur.
Suraxanıl rayon İcra Hakimiyyətinin rəsmi veb-saytının müvafiq bölməsində isə yalnız yeni başçının ad və soyadı var.
Şirvan şəhər İcra Hakimiyyətinin rəsmi veb-saytının müvafiq bölməsində yeni İcra başçısı İlqar Abbasovun yerinə keçmiş İcra başçısı Mərdan Camalovun tərcümeyi-halı hələ də qalmaqdadır.