Azərbaycanda küçəyə çıxma qadağası xəbərləri barədə DİN-dən RƏSMİ AÇIQLAMA

Baxış sayı:
757

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan məktubla bağlı açıqlama yayıb.

Nazirlik xəbər verir ki, məktubda guya, martın 28-dən paytaxt ərazisində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacağı yazılıb.

"Vətəndaşlarımızı bu məlumata inanmamağa çağırırıq. Bildiririk ki, bu dezinformasiyadır. Polis əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinin icrası ilə əlaqədar fəaliyyətini davam etdirir".