Azərbaycanda karantində olanların sayı 2 126 nəfərə çatdı - DÜNƏN 1000 NƏFƏRƏ YAXIN İDİ / RƏSMİ AÇIQLAMA

Baxış sayı:
1186

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2 126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Xatırladaq ki, dünən Azərbaycan səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə karantində təxminən 1000 nəfərə yaxın insan olduğunu bildirmişdi.