Azərbaycanda həkim və xəstələri DÖYÜLDÜ - Xəstəxanaya hücumun ŞOK TƏFƏRRÜATI

Baxış sayı:
448

"Xəstə yaxınlarının hücumuna məruz qalan Şirvan Şəhər Xəstəxanasına Travmatologiya şöbəsinin müdirinin vəziyyəti yaxşıdır".
Muxalifet.az
xəbər verir ki, bu barədə Redaktor.az-a Şirvan Şəhər Xəstəxanasından məlumat verilib. 
Bildirilib ki, hadisəyə səbəb xəstənin ölməsi olub:
"Xəstə dünən axşam 20:00-da Reanimasiya şöbəsinə daxil olub, 23:00 da həyatını itirib. Xəstənin həyatını xilas etmək mümkün olmadığına görə yaxınları işçilərin üzərinə hücum çəkib. Onun ürəyi əməliyyat olunmuşdu, lakin həyata qaytarmaq mümkün olmayıb".
Qeyd olunub ki, xəsarət yetirilən Travmatologiya şöbəsinin müdiri Şəmsi Əhmədovun vəziyyəti hazırda yaxşıdır:
“Həkim özü xəstəyə baxırdı, çünki mərhum kəllə beyin travması almışdı. Onu da döydülər. Burada şöbənin, anbarın qapılarını qırıb, şok əleyhinə dərmanları dağıdıblar. Digər xəstənin başına “flakon” çırpıblar. İşçilərimizi təhqir olunub.  Məsələyə polis müdaxilə edib. Artıq akt yazıb, baş həkimə təqdim etmişik".
Şəhiyyə Nazirliyi də faktı dəqiqləşdirib. Bildirilib ki, Şirvan Şəhər Xəstəxanasında avtoqəza nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişən yaralının yaxınları xəstəxanada dağıntılar törədərək tibb personalına hücum çəkiblər. Hadisə barədə Şirvan Şəhər polis şöbəsi məlumatlandırılıb. Xəstəxanaya gələn polis əməkdaşları akt tərtib ediblər. Şirvan Şəhər polis şöbəsində faktla əlaqədar başlanan araşdırmalar davam edir.
Qeyd edək ki, Qeyd edək ki, Şirvan Şəhər Xəstəxanasında tibb işçiləri hücuma məruz qalıblar. Xəstəxanada dünyasını dəyişən mərhum Qəfər Hüseynovun qohumları həkimləri və sanitar xidmətçilərinə xəsarət yetirərək, reanimasiya şöbəsini dağıntılara məruz qoyublar.