Azərbaycan ordusunun bəzi bölmələri karantinə nəzarətə cəlb edildi – RƏSMİ

Baxış sayı:
411

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.

Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik qeyd edib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.