Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib

Baxış sayı:
336

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.
 
Bununla bağlı müvafiq sərəncam imzalanıb.
 
Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
 
O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.
 
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi./Report